DÜNYA


ABŞ-ın Hərbi Dəniz Qüvvələrinə məxsus gəmisi Tallin limanına gələcək

Tallin, 5 sentyabr, AZƏRTAC

ABŞ-ın Hərbi Dəniz Qüvvələrinə məxsus gəmi həftəsonu Tallinə gələcək.

AZƏRTAC Estoniya mətbuatına istinadla xəbər verir ki, “Arli Börk” gəmisinin gəlişi ABŞ-la Estoniya arasında sabit, təhlükəsiz və inkişaf edən Avropa naminə əməkdaşlığı gücləndirmək imkanı verəcək.

ABŞ-ın Tallindəki səfirliyinin mətbuat xidmətindən BNS informasiya agentliyinə verilən məlumata görə, gəminin Baltik dənizində olması ABŞ-ın Hərbi Dəniz Qüvvələrinin Avropa regionunun kollektiv müdafiəsinə dəyişməz sadiqliyini nümayiş etdirir və ABŞ ilə Estoniya arasındakı sarsılmaz əlaqələri gücləndirir.

“ABŞ-ın “Arli Börk” hərbi gəmisinin səfərini alqışlayırıq. Bu, ABŞ-ın Estoniya və NATO-nun təhlükəsizliyinə sadiqliyinin bariz nümunəsidir ki, bu da istənilən qlobal problemlərə qarşı müqavimət göstərmək üçün ümumi hazırlığımıza dair işarədir. Müdafiə sahəsində əməkdaşlıq ABŞ və Estoniya arasında əlaqələrin ən vacib elementlərindən biri olub və bu gün də qalmaqdadır”, – deyə ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Brayan Roraff bildirib.

Qeyd edilib ki, “Arli Börk” gəmisin ABŞ-ın milli maraqlarını, Avropada və Afrikada təhlükəsizliyi və sabitliyi təşviq etmək məqsədilə çox vaxt müttəfiq və idarələrarası tərəfdaşlarla birgə ümumi və hərbi-dəniz əməliyyatlarının tam spektorunu həyata keçirir.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Tallin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.