DÜNYA


ABŞ-ın İran ordusu barədə qərarı dünyada birmənalı qarşılanmayıb

Tehran, 10 aprel, AZƏRTAC

ABŞ-ın İran İslam İnqilabı Keşikçiləri Korpusunu (Sepah) xarici terror təşkilatları siyahısına daxil etməsi beynəlxalq aləmdə birmənalı qarşılanmayıb.

AZƏRTAC xəbər verir ki, ilk olaraq Türkiyə, Yaponiya və Suriya İran ordusunun əsas hissəsi olan Sepahı terror təşkilatı kimi tanımayacaqlarını bildiriblər.

Böyük Britaniyanın Xarici İşlər Nazirliyi də açıqlama yayaraq bəyan edib ki, bu məsələ yalnız ABŞ və İrana aiddir. Britaniyanın Xarici İşlər Nazirliyi ABŞ Dövlət Departamentinin İran ordusunu terror təşkilatları siyahısına salmaq xahişini rədd edib. Açıqlamadan aydın olur ki, rəsmi London ABŞ-ın mövqeyi ilə razılaşmayacaq.

Avropa İttifaqının Beynəlxalq Məsələlər üzrə Komissarlığının nümayəndəsi isə məsələyə münasibət bildirməkdən imtina edib.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.