DÜNYA


ABŞ-ın KXDR üzrə xüsusi nümayəndəsi Tokioda Koreya yarımadasındakı vəziyyəti müzakirə edib

Tokio, 8 may, AZƏRTAC

Mayın 8-də Yaponiya və ABŞ-ın yüksəksəviyyəli diplomatları ötən şənbə Koreya Xalq Demokratik Respublikası (KXDR) tərəfindən raket buraxılışlarından sonra Koreya yarımadasında vəziyyəti müzakirə ediblər.

AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, Yaponiya Xarici İşlər Nazirliyinin Asiya və Okeaniya məsələləri üzrə bürosunun rəhbəri Kenci Kanasuqi və ABŞ Prezidentinin Şimali Koreya üzrə xüsusi nümayəndəsi Stiven Biqen arasında görüş zamanı Koreya yarımadasında nüvə silahının ləğvi məqsədilə birgə fəaliyyət barədə razılıq əldə edilib.

S.Biqen bəyan edib ki, raketlərin buraxılışı Pxenyanın nüvə silahının ləğvi istiqamətində Vaşinqtonla danışıqların dayanmasında narahatlığını təsdiq edir.

Bu ərəfədə Baş nazir Şinzo Abe KXDR lideri ilə heç bir ilkin şərt irəli sürmədən görüşə hazır olduğunu elan edib.

K.Kanusiqi, öz növbəsində bildirib ki, Yaponiya və ABŞ oğurlanmış yapon vətəndaşları məsələsinin tezliklə həlli üçün də əməkdaşlıq edəcəklər.

ABŞ tərəfinə, eyni zamanda, Baş nazirin mövqeyi barədə məlumat da çatdırılıb. S.Biqenin mayın 9-da Koreya Respublikasına yola düşəcəyi bildirilir.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.