MƏDƏNİYYƏT


ABŞ-ın Los-Ancelesdə keçirilən ən böyük kitab festivalında Azərbaycan da təmsil olunub VİDEO

Bakı, 16 aprel, AZƏRTAC

ABŞ-ın Cənubi Kaliforniya Universitetində (USC) nüfuzlu “Los Angeles Times” qəzeti tərəfindən keçirilən kitab festivalında Azərbaycan geniş təmsil olunub.

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan AZƏRTAC-a verilən məlumata görə, 150 mindən çox ziyarətçisi olan bu festival ABŞ-da ən böyük kitab festivalıdır.

Baş konsulluq tərəfindən qurulmuş Azərbaycan stendində bu quruma məxsus materiallar, eləcə də Azərbaycan Milli Kitabxanası tərəfindən göndərilmiş, ümummilli lider Heydər Əliyevin həyatına həsr olunmuş, britaniyalı Qrem Uilson tərəfindən yazılmış kitab, İmadəddin Nəsimi, Mir Cəlal, Anar, Elçin, Kamal Abdulla da daxil olmaqla Azərbaycanın bir sıra tanınmış ədiblərinin əsərlərindən ibarət kitablar, Üzeyir Hacıbəyli, Qara Qarayev, Firəngiz Əlizadə və digər bəstəkarlar haqqında nəşrlər, Qarabağın musiqi mədəniyyətini, Bakının qədim və müasir memarlıq incilərini, ölkəmizin tarixi, dinlərarası harmoniya, multikulturalizm və tolerantlıq ənənələrini, turizm imkanlarını, eyni zamanda, zəngin mədəniyyətini, musiqisini və mətbəxini özündə əks etdirən kitab, jurnal, broşür və bannerlər nümayiş etdirilib.

Kaliforniya Azərbaycan Dostluq Assosiasiyasının üzvləri və Los-Ancelesdə yaşayan Azərbaycan icmasının fəalları tərəfindən milli geyimlərimizin də təqdim edildiyi Azərbaycan stendi sərgiyə gələn ziyarətçilərin xüsusi marağına səbəb olub.

Sərgi iştirakçılarının Azərbaycanla bağlı çoxsaylı sualları baş konsulluğun əməkdaşları və icma fəalları tərəfindən cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.