DÜNYA


ABŞ-ın Merilend ştatında silahlı insident nəticəsində azı üç nəfər ölüb

Bakı, 20 sentyabr, AZƏRTAC

ABŞ-ın Merilend ştatının Aberdin şəhəri yaxınlığında sentyabrın 20-də baş vermiş silahlı insident nəticəsində azı üç nəfər həlak olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Associated Press agentliyi hüquq-mühafizə orqanlarının nümayəndəsinə istinadla məlumat yayıb. Hadisə Harford dairəsində baş verib. CBS telekanalının məlumatına görə, insidentin bu rayonda yerləşən anbarda başladığı ehtimal edilir. Xəsarət alanlar və ölənlər bu anbarda işləyən insanlar ola bilər. Lakin onların şəxsiyyəti barədə məlumat yoxdur.

Hadisə yerində polis və Federal Təhqiqatlar Bürosunun əməkdaşları işləyir. Bundan əvvəl silahlı insident barədə yerli polisin şerifi Ceffri Qaler Twitter səhifəsində məlumat vermişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.