Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

ABŞ-ın Milli Müdafiə Universitetində ABŞ-Azərbaycan tərəfdaşlığına dair ənənəvi müzakirələr keçirilib

Vaşinqton, 1 fevral, AZƏRTAC 

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov bu ölkənin Milli Müdafiə Universitetinin (National Defense University) dəvəti əsasında universitetin müəllim və tələbə heyəti qarşısında “Azərbaycan: Strateji bölgədə etibarlı tərəfdaş” mövzusunda çıxış edib.

Səfir Elin Süleymanov çıxışı zamanı, ilk öncə dinləyicilərə ölkəmizin və regionumuzun coğrafiyasından söhbət açaraq, Azərbaycanın böyük geosiyasi əhəmiyyətə malik ölkə və dünya əhəmiyyətli strateji mərkəz olduğuna diqqət yönəldib. Səfir iştirakçılara müsəlman Şərqində ilk parlamentli respublikanın məhz Azərbaycanda yarandığı barədə məlumat verərək, respublikanın qısa müddətdə mövcud olmasına rəğmən bir sıra qərb dövlətlərindən əvvəl həyata keçirdiyi mütərəqqi islahatlarından və dövlət quruculuğu sahəsində gördüyü mühüm tədbirlərdən, habelə seçki sahəsində milliyyətindən, dinindən və cinsindən asılı olmayaraq təmin etdiyi hüquqlardan danışıb.

Dövlət müstəqilliyimizin bərpasından sonra ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin nəinki ölkəmizin, bütövlükdə regionun iqtisadiyyatının inkişafına və müstəqilliyimizin qorunmasına xidmət etdiyini diqqətə çatdırıb. Qeyd olunub ki, bu gün Azərbaycan Respublikası nəinki öz müstəqilliyini qoruyub saxlayır, hətta qlobal səviyyədə cərəyan edən hazırkı mürəkkəb geosiyasi mühitdə regionun ən müstəqil siyasət yürüdən dövləti kimi tanınmaqdadır. Həmçinin, Azərbaycandakı xalqlar və dinlər arasında anlaşma mühitinin, Azərbaycan ərazisində uzun əsrlərboyu müsəlman və yəhudi icmalarının sülh şəraitində yaşamasına diqqət yönəldib. Azərbaycanda tarixən müxtəlif dini və etnik qrupların dinc şəkildə birgə yaşadığının bu gün də dünyada təqdir edildiyi vurğulanıb.

Daha sonra Azərbaycanın uğurlu enerji strategiyası, neft və qaz ehtiyatları, ölkəmizin təşəbbüsü və aparıcı rolu əsasında icra olunan layihələr barədə məlumat verilib, bu layihələrin hətta qlobal miqyasda enerji təhlükəsizliyi baxımından əhəmiyyət kəsb etdiyi bildirilib. Səfir, həmçinin vurğulayıb ki, Bakı nefti tarixboyu dünya miqyasında sülhə töhfə verməsi ilə də seçilib. Buna misal olaraq, Nobel qardaşlarının ötən əsrin əvvəllərində Azərbaycan neft sənayesində fəaliyyətinin Nobel mükafatının təsis edilməsinə verdiyi töhfə və İkinci Dünya müharibəsi zamanı faşizm üzərində qələbədə Bakı neftinin rolu qeyd olunub. Səfir 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanmasının, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işə düşməsinin, eləcə də 2017-ci ildə “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında Sazişin müddətinin 2050-ci ilə qədər uzadılmasının əhəmiyyətindən danışıb. Bununla yanaşı, Cənub Qaz Dəhlizinin yekunlaşması istiqamətində həyata keçirilən səylərdən bəhs olunub. Bildirilib ki, sözügedən enerji layihələrinin icrası ilə qurulan uzunmüddətli və möhkəm əsaslara malik tərəfdaşlıq əlaqələri hazırda Azərbaycanın etibarlı və ciddi tərəfdaş kimi tanınmasına imkan yaradıb, sözügedən işlər nəticəsində Qərbin enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayıb.

Azərbaycanın həyata keçirdiyi irimiqyaslı nəqliyyat infrastruktur layihələri barədə danışan səfir, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, Bakı-Tbilisi-Qars dəmir yolunun, habelə Əfqanıstan və Mərkəzi Asiyanı Avropa ilə birləşdirən Lapis-Lazuli tranzit və nəqliyyat yolunun işə düşməsinin, eləcə də qurulmaqda olan Ələt Azad İqtisadi Zonası üzrə aparılan işlərin regionun inkişafına, habelə Asiya ilə Avropanın nəqliyyat sistemlərinin inteqrasiyasına əsaslı töhfə baxımından əhəmiyyətinə toxunub.

Elin Süleymanov daha sonra Azərbaycanın ABŞ-la tərəfdaşlıq münasibətlərindən danışıb, Azərbaycanın qlobal terrorçuluq əleyhinə səylərə verdiyi töhfələri, Balkanlar, İraq və Cənubi Sudanda beynəlxalq sülhməramlı əməliyyatlarda iştirakı, xüsusən də Əfqanıstanda təhlükəsizliyin bərqərar edilməsi üçün ABŞ və koalisiya qüvvələrinə tranzit imkanlarını təmin etməsi, Əfqanıstana ölkəmizin ikitərəfli dəstəyi barədə danışıb. Azərbaycanın kütləvi qırğın silahlarının yayılmaması sahəsində ABŞ-la əməkdaşlığı, eləcə də “Boeing” və “Peyk” sənayesi daxil olmaqla ABŞ-la ticarət əlaqələri barədə məlumat verilib.

Səfir regionda sülh və inkişafa mane olan əsas amil kimi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın sülhə əngəl yaradan siyasəti barədə dinləyicilərə ətraflı məlumat verib. Bildirilib ki, postsovet ölkələrində olan münaqişələr oxşar köklərə və elementlərə malikdir. Səfir bildirib ki, 2016-cı ilin aprel ayında baş vermiş toqquşmalar bir daha sübut edir ki, ABŞ, Fransa və Rusiya həmsədrliyi ilə aparılan danışıqlar prosesinin aktivləşməsinə və münaqişənin qısa müddətdə həll olunmasına ehtiyac vardır.

Sonda dinləyicilər səfir Elin Süleymanova Azərbaycan-ABŞ tərəfdaşlığının müxtəlif ABŞ administrasiyalarının dövrləri üzrə müqayisəli təhlili, ölkə ixracının diversifikasiyası, Cənubi Qafqazda təhlükəsizlik, həmçinin ölkəmizin regional xarici siyasətinin digər istiqamətlərinə aid suallar ünvanlayıblar.

Qeyd edək ki, 1976-ci ildə əsası qoyulmuş Milli Müdafiə Universitetinin əsas məqsədi ABŞ və xarici dövlətlər üçün milli və beynəlxalq təhlükəsizlik çağırışlarının qiymətləndirilməsi ilə məşğul olacaq hərbi və mülki kadrların hazırlanmasıdır. Beş kollecdən ibarət universitetin Azərbaycan da daxil olmaqla, dünyanın 90-dan çox ölkəsindən məzunları vardır.

 

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyə gələn il Somalidə neft kəşfiyyatına başlamağı planlaşdırır

Netflix” bu il daha 9,3 milyon abunəçi qazanıb

“Ağ-qaralar”ın idman direktoru: Klubu sevən azarkeş hər zaman stadionda olmalıdır

Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb

İsveçli funksioner: Transfer işləri ilə skaut komandası maraqlansa da, son qərarı mən verirəm

Xocavənd rayonunda fermada xeyli sayda partlayıcı maddə aşkarlanıb

Tarix Muzeyində tədbir: Molla Nəsrəddin güldürür və düşündürür

Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə yeni hüquq verilir

İnzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkilişin mediaya təqdim edilməsi inzibati məsuliyyətə səbəb olacaq

Yen Andersson: Növbəti mövsümün əvvəlində "Neftçi" yeni bazasından istifadə edə biləcək

Ölkə ərazisində havanın temperaturu 30 dərəcəyə yüksələcək

Azərbaycan Təhsil Cəmiyyətinin İdarə Heyəti yeni tərkibdə təsdiqlənib

Qərbi Azərbaycanda milli maarifçilik tariximiz – Araşdırma

“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dən çıxarıb

Zərərli maddələrin miqdarı normadan çox olan avtomobillərin sürücülərinə qarşı tədbirlər görülüb VİDEO

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir

ÜST quş qripi ilə bağlı həyəcan təbili çalır

“Science” jurnalı: Çinin iri şəhərlərinin təxminən yarısı çökür

ATMU nümayəndələri “Erasmus+” layihəsi çərçivəsində Avstriyada təlimdə olublar

Binəqədi rayonunda tanışlarını kafedə qəsdən öldürən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Hesablama Palatasının sədri: 2024-cü ildə bir neçə mövzuda ekoloji audit keçiriləcək

Bərdə Peşə Liseyinin tələbəsi ABŞ-da keçirilən yarışda ölkəmizi təmsil edəcək

Vüqar Gülməmmədov: Ötən il obyektlər tərəfindən məsuliyyətə cəlbetmə istiqamətində fəaliyyət əvvəlki illərə nisbətən yetərli olub

“Sony” və “Apollo” kompaniyaları “Paramount” şirkətini satın almaq niyyətindədir

Yens Andersson: Başlıca məqsəd "Neftçi"yə xarakteri yaxşı olan futbolçular cəlb etməkdir

Azərbaycan, Rusiya və Qazaxıstanın Hindistanın neft idxalında payı 13 faiz artıb

"Neftçi"nin idman direktoru: Azərbaycanın ən böyük klubunda işləmək qürurverici hissdir

Məleykə Abbaszadə gənclərə çağırış etdi: Özlərini aldatmasınlar

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 4 nəfər xilas edilib

Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub

Şri-Lanka Rusiyaya çay ixracını 14 faiz artırıb

TDT diplomatiya akademiyalarının toplantısı Bakıda keçiriləcək

NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb

Sudanda 390-dan çox insan vəba və “denge” qızdırmasından ölüb

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü ifşa edilib

Şərqşünas alim Ege Universitetində XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzə deyib

AQTA sədri istehlakçılara çağırış edib

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə edəcək

Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb VİDEO

Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Şirvan elektrik şəbəkəsi yenidən qurulur

Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış - AzMİU-da konfrans

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirib

Parlamentdə Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti ilə bağlı hesabatı müzakirə olunur

AFR-in vitse-kansleri saat yarım Kiyevdə bomba sığınacağında qalıb

Səməd Seyidov: Türk dövlətləri arasında münasibətlər intensivləşməkdədir

Yevlaxda genişzolaqlı internetə çıxış 71 faiz təşkil edir

ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib

İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

Premyer Liqada XXXI turun hakimləri bəlli olub

Türkiyə ordusu üçün daha 40 ədəd Hürkuş-B təlim təyyarəsi sifariş edilib

"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO

Famil Ağayev: Məşqçilik karyeramın ən böyük həyəcanını keçirdim

Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması – elmi seminar

TDT-yə üzv ölkələrin parlamentlərinin beynəlxalq münasibətlər üzrə komitələrinin Bakıda konfransı keçiriləcək

Üç ayda DSMF-də 69 mindən çox vətəndaş müraciəti cavablandırılıb

XRİTDX-nin nümayəndə heyəti Türkiyədə “Müdafiə və Havaçılık sahəsində” keçirilən tədbirdə iştirak edir

Keniyalı general helikopter qəzasında ölüb

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

İsmayıllıda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlanıb

Avstraliya öz vətəndaşlarını İsrail və Fələstini tərk etməyə çağırır

Beynəlxalq Muğam Mərkəzində “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək

Azərbaycanda böyrək əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır

İsrail İrana raket zərbəsi endirdiyini təsdiqləyib

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

“Fotolarda canlanan tarix” sərgisi başa çatıb

Dubayda qastronomiya festivalı açılır

Azərbaycan Premyer Liqası: XXXI tura Tovuzda start veriləcək

“Turan Tovuz” klubunun rəsmisi: Avropanı Tovuz şəhərinə gətirmək istəyirik

Azərbaycanın voleybol çempionatlarında final və üçüncülük oyunlarının tarixləri bəlli olub

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanına qeydiyyat davam edir

Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

Bu gün tanınmış şair Tofiq Bayramın anım günüdür

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

DİN: Ötən gün 5 tüfəng təhvil götürülüb

Yaşıl dünya naminə həmrəy Azərbaycan

® “AlatBay” Logistik Mərkəzi “Edge Advanced Green” sertifikatına layiq görülüb

Azərbaycan neftinin qiyməti 88 dollara enib

Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edib

Xankəndidə silah-sursat aşkarlanıb

Axtarışda olan 80 nəfər saxlanılıb

Göyçayda vətəndaşlardan avtomat və tüfənglər götürülüb

Salyanda minik avtomobilləri toqquşub, yaralılar var

Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Azərbaycanla KAICIID-in gələcək əməkdaşlıq imkanları müzakirə olunub

Zərdabda sənədsiz silahlar aşkar edilib

Avropanın ən təhsilli xalqları Şimal zonasında yaşayır

Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib

ABŞ İsrailin İrana hücumu barədə məlumatlandırılıb

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Kürdə batan atanın meyiti tapılıb, 6 yaşlı qızı hələ də axtarılır VİDEO

Mali frankdan imtina etmək istəyir

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb