SİYASƏT


ABŞ-ın Minnesota ştatında Azərbaycan icmasının üzvləri ordumuza dəstək aksiyası təşkil ediblər

Vaşinqton, 28 iyul, AZƏRTAC 

ABŞ-ın Minnesota ştatının Azərbaycan icması üzvləri ştatın paytaxtı olan Sent-Pol şəhərində erməni silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətindəki dövlət sərhədində təxribat törətməsi və Ermənistanın 30 ildən çox Azərbaycana qarşı davam edən təcavüzü ilə bağlı etiraz aksiyası keçiriblər.

AZƏRTAC xəbər verir ki, Minnesotanın Azərbaycan Assosiasiyası tərəfindən təşkil edilən “Qarabağ Azərbaycandır” adlı etiraz aksiyası iştirakçıları Amerika ictimaiyyətini, habelə ştatın qanunvericilərini məlumatlandırmaq məqsədilə Sent-Pol şəhərinin mərkəzində yürüş ediblər. Aksiya iştirakçıları ştatın qanunverici orqanının binası olan kapitoliyin qarşısında erməni təcavüzündən bəhs edən şüarlarla çıxış ediblər.

Aksiya zamanı soydaşlarımız “Qarabağ Azərbaycanındır”, “Erməni təcavüzünə son”, “Azərbaycan torpaqlarından əl çəkin” kimi şüarlar səsləndiriblər.

 

AZƏRTAC-ın Vaşinqton bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.