SİYASƏT


ABŞ-ın Minnesota ştatının qubernatoru fevralın 26-nı Azərbaycan günü elan edib

Bakı, 12 fevral, AZƏRTAC

Minnesota ştatının qubernatoru Tim Volz fevralın 26-nın Azərbaycan günü elan edilməsi ilə bağlı bəyanat imzalayıb. Belə bir bəyanatın imzalanması Minnesota Azərbaycan Assosiasiyasının rəhbəri Günel Rallisin təşəbbüsü olub.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, bəyanatda Minnesotada yaşayan azərbaycanlıların ana dilini, zəngin milli-mədəni dəyərlərini, ənənələrini qoruyub-saxlamaqla, həmçinin təbliğ etməklə yerli mədəniyyətə töhfə verməkdə olduqları qeyd edilir.

Bəyanat ölkəmizlə bağlı həqiqətlərin təbliğində Minnesotada yaşayan azərbaycanlıların uğuru kimi dəyərləndirilə bilər.

Qeyd edək ki, 2016-cı ildə ABŞ-ın Minnesota ştatının Nümayəndələr Palatası Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar qətnamə qəbul edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.