REGİONLAR


ABŞ-ın Monterey və Azərbaycanın Lənkəran şəhərləri arasında dostluq əlaqələri genişlənir

Lənkəran, 9 oktyabr, Bağır Əliyev, AZƏRTAC

ABŞ-ın Kaliforniya ştatının Lənkəranla qardaşlaşmış Monterey şəhəri arasında dostluq əlaqələri genişlənir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Monterey-Lənkəran Dostluq Assosiasiyasının icraçı direktoru xanım Nensi Selfric Lənkərana səfərə gəlib.

Lənkəran Şəhər İcra Hakimiyyətində keçirilən görüşdə amerikalı qonağa rayonun sosial-iqtisadi inkişafı, turizm potensialı barədə məlumat verilib.

Kaliforniyalı qonaq Lənkərana növbəti səfərindən məmnun qaldığını, burada çoxlu yeniliklərin şahidi olduğunu bildirib.

Səfər çərçivəsində Nensi Selfric Heydər Əliyev Xatirə Parkı, Heydər Əliyev Muzeyi, Bayraq Meydanı, Həzi Aslanov Parkı, Azərbaycanlıların Soyqırımı Abidə-Kompleksi ilə tanış olub. O, həmçinin Lənkəran Dövlət Universitetində olub, ali təhsil ocağının rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov ilə görüşüb. Qonaq universitetdə son illərdə aparılan təhsil islahatları, maddi–texniki bazanın dünya standartlarına uyğun şəkildə yenilənməsi barədə məlumatlandırılıb. N.İbrahimov Lənkəran Dövlət Universiteti ilə Kaliforniyanın şəhərlərindəki ali təhsil müəssisələri arasında əməkdaşlığın yaradılmasında, müəllim-tələbə mübadiləsində maraqlı olduqlarını bildirib.

Nensi Selfric universitetdə təcrübi məşğələlərə geniş yer ayrılmasını, kadrların praktik hazırlığına böyük önəm verilməsini müsbət təcrübə kimi dəyərləndirib.

Amerikalı qonağın universitetdə təhsil alan tələbələrlə görüşü qarşılıqlı dialoq və diskussiya şəraitində keçib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.