ELM VƏ TƏHSİL


ABŞ-ın “Natural History” jurnalında azərbaycanlı tədqiqatçının məqaləsi dərc olunub

Bakı, 10 may, AZƏRTAC

ABŞ-ın məşhur “Natural History” elmi-publisistik jurnalının may nömrəsində Xəzər suitisi barədə geniş məqalə dərc edib. “Now Way Out” (“Çıxış yolu yoxdur”) sərlövhəli yazının müəllifi Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunun (GGİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri, jurnalist Səid Hüseynovdur.

GGİ-dən AZƏRTAC-a bildiriblər ki, yazıda son 120 ildə tənzimlənməyən ov, çirklənmə və digər amillər səbəbindən Xəzər suitilərinin sayının bir milyondan 104 minə endiyi deyilir. Hətta 20 il əvvəl dənizin hər iki kvadratkilometrinə bir suiti düşürdüsə, hazırda hər dörd kvadratkilometrə bir suiti hesablandığı bildirilir. Bu məməli növünün 2008-ci ildən etibarən “IUCN” adı ilə tanınan Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin “Qırmızı siyahı”sında “vəziyyəti təhlükəli” statusunu daşıdığı qeyd edilir.

Müəllifin Xəzəryanı ölkələrdən əlavə bir sıra digər tədqiqatlar əsasında dörd ay jurnalist araşdırması apardığı, elmi jurnallarda dərc olunmuş nəticələrini məqalə halında toplayıb “Natural History”yə təqdim etdiyi bildirilir.

Materialda AMEA-nın Həsən bəy Zərdabi adına Təbiət Tarixi Muzeyinin direktoru, biologiya üzrə fəlsəfə doktoru Tariyel Eybatovun 45 illik tədqiqat və müşahidələrinin nəticələrinin xüsusilə geniş yer aldığı qeyd edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.