DÜNYA


ABŞ-ın Nyuark aeroportunda “Boeing 757” təyyarəsi uçma-enmə zolağından çıxıb

Vaşinqton, 17 iyun, AZƏRTAC

“United Airlines” aviaşirkətinə məxsus olan, Denverdən Nyuark-Liberti beynəlxalq aeroportuna (Nyu-Cersi ştatı) uçan “Boeing 757” təyyarəsi yerə enəndən dərhal sonra uçma-enmə zolağından çıxıb.

AZƏRTAC xəbər verir ki, ABŞ Federal Mülki Aviasiya İdarəsinin məlumatına görə, təyyarə yerə enəndən sonra uçma-enmə zolağının sol tərəfindən sürüşüb. Məlum olub ki, təyyarə yerə enərkən sağ şassidəki şinlər partlayıb. Xoşbəxtlikdən, hadisə zamanı təyyarədə olmuş 166 sərnişindən heç biri zərər çəkməyib.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.