DÜNYA


ABŞ-ın Pekindəki səfirliyi qarşısında partlayış olub

Pekin, 26 iyul, AZƏRTAC

Amerika Birləşmiş Ştatlarının Çin Xalq Respublikasındakı səfirliyinin qarşısında partlayış olub.

AZƏRTAC xəbər verir ki, hələlik Çinin hüquq mühafizə orqanları hadisə barədə rəsmi məlumat yaymayıb. Lakin sosial şəbəkələrdə yerləşdirilən fotolarda səfirliyin binası yaxınlığında havada tüstü görünür.

ABŞ səfirliyi diplomatik nümayəndəliyin əməkdaşlarından xəsarət alan olmadığını bildirib. Hadisə yerinə polis qüvvələri cəlb olunub.

 

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.