RƏSMİ XRONİKA


ABŞ-ın Qərbi Virciniya ştatı parlamentinin Deputatlar Palatasının üzvü Ronald Voltersdən

 Hörmətli cənab Prezident,

Sizi yenidən Prezident seçilməyiniz və Azərbaycan xalqını vətəndaş cəmiyyəti institutlarının gücləndirilməsi istiqamətində atdığı növbəti mühüm bir addım münasibətilə təbrik edirəm.

ABŞ ilə Azərbaycanın ortaq strateji maraqlara əsaslanan güclü tərəfdaşlıq əlaqələri bir amerikalı kimi məni çox sevindirir. Ölkələrimizin cəmiyyətlərini müxtəliflik, tolerantlıq, etnik azlıqlara və gender bərabərliyinə hörmət kimi bir çox məsələlərdə ortaq dəyərlər birləşdirir. Hər bir demokratik sistemin əsası olan bu fundamental dəyərlərin Azərbaycan cəmiyyətində dərin kökləri vardır.

Mən ölkənizin ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həlli istiqamətində səyləri dəstəkləyir, Azərbaycanın Avropanın enerji təhlükəsizliyi məsələlərində liderliyini alqışlayıram.

Cənab Prezident, Azərbaycanın dostu olaraq Sizə və xalqınıza ölkənizi inkişaf etdirmək səylərinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Ronald Volters

ABŞ-ın Qərbi Virciniya ştatı parlamentinin

Deputatlar Palatasının üzvü

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin