DÜNYA


ABŞ-ın Rusiyadakı səfirliyi ştatını 75 faiz ixtisar edəcək

Bakı, 30 aprel, AZƏRTAC

ABŞ-ın Rusiyadakı səfirliyi xarici ölkə vətəndaşlarının işə götürülməsi ilə bağlı qadağa səbəbindən konsulluğun ştatını 75 faiz ixtisar edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat diplomatik nümayəndəliyin saytında yerləşdirilib.

“Təəssüf edirik ki, Rusiya hökumətinin fəaliyyəti sayəsində konsulluğumuzun əməkdaşlarının sayını 75 faiz azaltmağa məcbur oluruq və ABŞ vətəndaşlarına mümkün qədər daha çox xidmət təklif etməyə çalışacağıq”, - deyə məlumatda bildirilir.

Mayın 12-dən etibarən, həmçinin konsulluq xidmətlərinin sayı da azaldılacaq. Əsasən də diplomatik səfərlər üçün nəzərdə tutulmayan vizalara baxılması dayandırılacaq.

Diplomatik nümayəndəlik personalın Moskvadan kənarda hərəkət imkanlarının məhdudluğu səbəbindən Rusiyadakı ABŞ vətəndaşlarına göstərilən təcili xidmətlərin gecikə biləcəyini də açıqlayıb.

Bundan əlavə, vizasının vaxtı keçmiş ABŞ vətəndaşlarına əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ölkədən deportasiya olunacağı iyunun 15-dək Rusiyanı tərk etmələri tövsiyə olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.