QAN YADDAŞI


ABŞ-ın Sanni Ayles Biç şəhərində 26 fevral tarixi Xocalı faciəsinin anım günü elan edilib

Bakı, 26 fevral, AZƏRTAC

ABŞ-ın Florida ştatının Sanni Ayles Biç şəhərinin meri Corc Skoll Xocalının 29-cu ildönümü ilə əlaqədar 2021-ci il 26 fevral tarixinin Xocalı soyqırımı qurbanlarının anım günü elan edilməsinə dair bəyannamə imzalayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, merin imzaladığı bəyannamədə 1988-ci ildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində münaqişənin başlaması, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin Xocalıya hücumu nəticəsində aralarında qadınların, uşaqların, qocaların olduğu 600-dən çox mülki insanın qətlə yetirildiyi barədə məlumat verilib.

Bəyannamədə qeyd edilib ki, Xocalı soyqırımı müharibə dövründə vurula bilən dəhşətli ziyanın ən ağrılı xatırlatmasıdır və dünya xalqları arasında daha çox ünsiyyətə, tolerantlığa ehtiyac olduğunu göstərir.

Bütün bunları nəzərə alan mer Corc Skoll 2021-ci il 26 fevral tarixini Xocalı faciəsinin anım günü elan edib.

Bəyannamə Florida ştatında yaşayan soydaşlarımız və Florida-Azərbaycan İcmasının təşəbbüsü ilə qəbul olunub.

Xatırladaq ki, Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsində ABŞ-ın Minnesota ştatının qubernatoru, Florida ştatının Aventura və Holondeyl Biç şəhərlərinin merləri, Men ştatının Portlənd şəhərinin meri, İllinoys ştatının Skoki şəhərinin meri və Massaçusets ştatının Boston şəhər meri tərəfindən də oxşar bəyanatlar qəbul ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.