RƏSMİ XRONİKA


ABŞ-ın Tennesi ştatı Nümayəndələr Palatasının üzvü Antonio Parkinsondan

Hörmətli cənab Prezident,

İcazə verin, yenidən Prezident seçilməyiniz münasibətilə Sizə səmimi təbriklərimi çatdırım. Azərbaycan Sizin rəhbərliyinizlə sivil vətəndaş cəmiyyəti quruculuğu istiqamətində cəsarətli addımlar atmışdır.

Terrorizmə qarşı mübarizədə və tolerant bir dünyanın qurulmasında ölkələrimiz arasında ümumi maraqlara söykənən tərəfdaşlıqdan qürur duyuram. Eyni zamanda, ABŞ-ın Əfqanıstan, İraq və Kosovoda həyata keçirdiyi sülhməramlı əməliyyatlara Azərbaycanın fəal dəstəyi ilə fəxr edirəm.

Bundan əlavə Azərbaycan enerji təhlükəsizliyi sahəsində liderlik etməklə də bizə dəstək vermişdir. Trans-Adriatik boru kəməri layihəsi və “Cənub” qaz dəhlizi barədə bu yaxınlarda verilmiş qərar ölkələrimizin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində birgə səylərinin nəticəsidir. ABŞ və bütün avropalı müttəfiqlərimiz Xəzər qazının Avropa bazarlarına çıxarılmasında ölkənizin oynadığı rolu yüksək qiymətləndirirlər.

Cənab Prezident, Sizə ali dövləti vəzifənizdə uğurlar diləyir, dost ölkənizin xalqına ən xoş arzularımı çatdırıram.

Antonio Parkinson

ABŞ-ın Tennesi ştatı Nümayəndələr Palatasının üzvü

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin