DÜNYA


ABŞ-ın Vətəndaşlıq və Miqrasiya Xidməti xarici ölkələrdə bir neçə nümayəndəliyini bağlayacaq

Vaşinqton, 13 mart, AZƏRTAC

ABŞ-ın Vətəndaşlıq və Miqrasiya Xidməti özünün ölkə xaricindəki mövcudluğunu əhəmiyyətli dərəcədə azaltmaq planlarını bəyan edib.

AZƏRTAC xəbər verir ki, Amerika KİV-lərinin yaydığı məlumata görə, agentlik qaçqınlar və beynəlxalq əməliyyat məsələləri üzrə şöbənin xarici nümayəndəliklərini bağlamaq qərarına gəlib. Ofislərin bağlanması gələn il ərzində həyata keçiriləcək. Qeyd olunur ki, agentlik tərəfindən yerinə yetirilən bəzi əməliyyatlar Dövlət Departamentinə ötürüləcək.

ABŞ-ın Vətəndaşlıq və Miqrasiya Xidmətinin direktoru Li Frensis Sissna bütün əməkdaşlara bildiriş göndərib ki, agentlik beynəlxalq işçi yükünün böyük hissəsinin daxildə işlənilməsini ABŞ-ın xaricdə olan səfirlik və konsulluqlarına həvalə etməyə hazırlaşır. Vətəndaşlıq və Miqrasiya Xidmətinin xarici nümayəndəliyi olmadığı yerlərdə Dövlət Departamenti artıq miqrasiya qurumunun bəzi vəzifələrini yerinə yetirir. Məsələn, bəzi səfirliklər ABŞ-ın daimi sakinlərinə itirdikləri “qrin-kartlar”ı yenidən verirlər.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.