DÜNYA


ABŞ-ın Viskonsin ştatında atışma olub

Vaşinqton, 22 noyabr, AZƏRTAC 

ABŞ-ın Viskonsin ştatının Uauvatosa şəhərində yerləşən ticarət mərkəzində atışma olub.

AZƏRTAC xəbər verir ki, hadisə günorta saatlarında baş verib. Uavatosa Polis İdarəsinin rəisi Berri Veber hadisə ilə bağlı açıqlamasında 8 nəfərin xəsarətlə xəstəxanaya çatdırıldığını bildirib.

Qeyd edib ki, atəş açan şəxsin kimliyi hələlik müəyyənləşdirilməyib. Cinayətkarın ağ dərili, 20-30 yaşında olduğu bildirilir. Onun barəsində axtarış elan olunub. İstintaqa Federal Təhqiqat Bürosunun əməkdaşları da cəlb edilib.

AZƏRTAC-ın Vaşinqton bürosu Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.