DÜNYA


ABŞ-ın Yaponiyaya verdiyi məlumata görə, KXDR ballistik raketlərin sınağını keçirib

Tokio, 9 may, AZƏRTAC

ABŞ hökumətinin Yaponiyaya verdiyi məlumata görə, Koreya Xalq Demokratik Respublikasının (KXDR) beş gün bundan əvvəl sınaqdan keçirdiyi reaktiv mərmilər ballistik raketlər ola bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə Kyodo agentliyi mayın 9-da etibarlı mənbələrə istinadla məlumat yayıb. Bildirilir ki, ABŞ Prezidenti Donald Trampın KXDR ilə danışıqları davam etdirmək niyyəti nəzərə alınaraq, bu barədə rəy rəsmi şəkildə elan edilməyəcək.

Bu ərəfədə KXDR rəhbərliyi keçirilən sınaqları “müdafiə üzrə böyük hərbi təlimlər” adlandıraraq, qərb ölkələrinin buna kəskin reaksiyasını pisləyib.

Mayın 9-da isə Koreya Respublikası Yapon dənizində daha iki reaktiv mərminin buraxıldığını qeydə alıb. Həmin raketlər KXDR sahilləri yaxınlığında Yapon dənizinə düşüb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.