DÜNYA


ABŞ-ın ardınca Çexiya da hərbçilərini Əfqanıstandan çıxara bilər

Bakı, 9 fevral, AZƏRTAC

Amerika əsgərləri Əfqanıstanı tərk etsə, Çexiya da öz hərbçilərini bu ölkədən çıxaracaq.

AZƏRTAC “Pravo” qəzetinə istinadla xəbər verir ki, bunu Çexiyanın müdafiə naziri Lubomir Metnar deyib.

Hazırda NATO-nun Əfqanıstanda fəaliyyət göstərən “Qətiyyətli dəstək” missiyasına 250 çexiyalı əsgər cəlb olunub. 2020-ci ilə qədər milli kontingentin şəxsi heyətini 390 nəfərə çatdırmaq planlaşdırılırdı.

Bir qədər əvvəl ABŞ Prezidenti Donald Tramp Ağ evdə jurnalistlərlə söhbətində Əfqanıstan hakimiyyəti ilə “Taliban” hərəkatı arasında sülh sazişi imzalanacağı təqdirdə amerikalı hərbçiləri bu ölkədən çıxarmaq niyyətində olduğunu bildirmişdi.

Yanvar ayında “Taliban” hərəkatı ilə Dohada keçirilən danışıqlarda ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad “The New York Times” qəzetinə müsahibəsində sülh sazişi çərçivəsində tərəflər arasında prinsipial razılaşmaların əldə olunduğunu demişdi.

Qeyd edək ki, rəsmi məlumata əsasən, hazırda Əfqanıstanda 14 minə yaxın amerikalı hərbçi xidmət edir. Onlar hərbi əməliyyatlardan başqa, ölkənin güc strukturlarının hazırlığı ilə məşğul olur. Bundan əlavə Əfqanıstanda NATO-ya üzv ölkələrin təxminən 16 min nəfərlik kontingenti dislokasiya olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.