DÜNYA


ABŞ-ın birinci xanımı Melaniya Tramp Misirə gəlib

Qahirə, 6 oktyabr, AZƏRTAC

ABŞ-ın birinci xanımı Melaniya Tramp dörd Afrika ölkəsinə səfəri çərçivəsində Qahirəyə gəlib.

AZƏRTAC xəbər verir ki, aeroportda Melaniya Trampı Misir Prezidentinin xanımı İntisar əs-Sisi qarşılayıb.

ABŞ-ın birinci xanımı oktyabrın 2-də Afrikanın dörd ölkəsinə - Qana, Malavi, Keniya və Misirə ilk xarici səfərə yola düşüb. M.Trampın 5 günlük səfəri xəstəxanalarda analara və yeni doğulanlara yardım, uşaqların təhsili, habelə bu ölkələrin mədəniyyətinin və tarixinin öyrənilməsi məsələlərinə həsr edilib.

Qeyd etmək lazımdır ki, uşaqların rifahının qorunması məsələsi Melaniya Trampın bu il başladığı “Be Best” (“Ən yaxşısı sən ol”) kampaniyasının əsas aspektidir. Melaniya Tramp Qahirədə bir sıra məktəblərə və xəstəxanalara baş çəkəcək, uşaqlarla görüşəcək. Bundan əlavə, ABŞ-ın birinci xanımı öz səfərinin mədəni proqramı çərçivəsində Qahirədə və Qizədə Misirin məşhur görməli yerlərinə baş çəkəcək.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.