ELM VƏ TƏHSİL


ABŞ-ın botanika bağlarının əməkdaşları azərbaycanlı həmkarları ilə təcrübə mübadiləsi aparıblar

Bakı, 25 sentyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutunda ABŞ Botanika Bağları Cəmiyyətinin nümayəndələrinin iştirakı ilə seminar keçirilib. Bu barədə AZƏRTAC-a Botanika İnstitutundan məlumat verilib.

Seminarda çıxış edən institutun direktoru, akademik Validə Əlizadə iki elmi təşkilat arasında imzalanmış əməkdaşlıq memorandumundan söz açıb. Qeyd edib ki, bu memorandum gələcəkdə təcrübə mübadiləsi və birgə layihələr üzərində işləmək üçün geniş perspektivlər açır.

Seminarda ABŞ Botanika Bağları Cəmiyyətinin baş əlaqələndiricisi Andrey Bunting, bu ölkənin botanika bağlarının aparıcı kuratorları Peter Zale, Vincent Marrocco , Phil Douglas, Matt Lobdell və Henrik Sjoman təmsil olunduqları təşkilatların fəaliyyəti ilə bağlı təqdimatla çıxış ediblər.

Səfər müddətində qonaqlar Azərbaycanın yabanı florasının öyrənilməsi məqsədilə Zaqatala, Qax, Lerik və Lənkəran ərazilərində azərbaycanlı həmkarları ilə birgə tədqiqatlar aparıblar. Toplanan bitki və toxum nümunələri bioloji müxtəlifliyin mühafizəsi üçün Botanika İnstitutunun toxum bankına təhvil verilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.