DÜNYA


ABŞ-ın cənubunda 23,5 min nəfəri əhatə edən ərazidə elektrik enerjisi kəsilib

Bakı, 10 mart, AZƏRTAC

Güclü külək ABŞ-ın Arkanzas və Texas ştatlarında elektrik enerjisinin kəsilməsinə səbəb olub. Nəticədə 23,5 min insan elektrik enerjisiz qalıb.

AZƏRTAC xəbər verir ki, bu barədə NBC teleşirkəti məlumat yayıb. Arkanzasda təxminən 13,5 min, Texasda 10 mindən çox insanın yaşadığı ərazidə elektrik enerjisi kəsilib.

ABŞ Milli Meteorologiya Xidməti ölkənin geniş ərazisinin şimal hissəsində, o cümlədən 12 ştatda güclü qar yağacağı barədə xəbərdarlıq edib. Xəbərdarlıq daha çox Minnesota, Miçiqan və Böyük göllər ərazilərinə aiddir. Həmin yerlərdə qar örtüyünü hündürlüyü 15 santimetrə çata bilər. Neşvill və Memfis (Tennessi ştatı) Sautheyven (Missisipi ştatı) və Luisvill (Kentukki ştatı) şəhərlərində qasırğa gözlənilir.

Bir həftə əvvəl qasırğa Alabamada 23 nəfərin, o cümlədən 4 uşağın ölümünə səbəb olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.