DÜNYA


ABŞ-ın daxili təhlükəsizlik departamenti: 2020-ci il prezident seçkiləri düzgün keçib

Vaşinqton, 14 noyabr, AZƏRTAC

ABŞ-ın daxili təhlükəsizlik departamentinin bir bölməsi sayılan infrastrukturun kibertəhlükəsizliyi və qorunması agentliyi (CISA) bəyanatla çıxış edib. Bəyanatda bildirilir ki, fəaliyyətdə olan Prezident Donald Trampın və onun müttəfiqlərinin ehtimal etdikləri saxtalaşdırmalar barədə çoxsaylı bəyanatlarına baxmayaraq, 2020-ci il prezident seçkiləri düzgün keçirilib.

Bəyanatda deyilir: “Seçki prosesi barədə dezinformasiya üçün xeyli əsassız bəyanatlar və imkanların olması bizə məlumdur. Biz sizi inandıra bilərik ki, seçkilərimizin təhlükəsizliyinə və düzgünlüyünə tam əminik. Siz də buna əmin olmalısınız”.

AZƏRTAC xəbər verir ki, bəyanatda, həmçinin “Reuters”in hesabatından sitat gətirilir. Hesabata əsasən, CISA-nın direktoru, seçkilərin kibertəhlükəsizliyi məsələləri üzrə rəsmi şəxs olan Kristofer Krebsin Tramp administrasiyası tərəfindən işdən çıxarılacağı ehtimal edilir. Krebs bundan əvvəl seçkilər barədə dezinformasiyaya qarşı fəal mübarizədə “Twitter”dən istifadə edib, həmçinin seçicilərə münasibətdə məxfi kompüter sistemlərindən istifadə olunmasını təsdiqləyən saxta cinayət nəzəriyyəsini dəfələrlə təkzib edib. Ötən şənbə günü, noyabrın 7-də KİV-lərin və dünya siyasətçilərinin əksəriyyəti Co Baydenin qələbəsini etiraf etmələrinə baxmayaraq, Tramp hələ də seçkilərin nəticələrini qəbul etmir.

AZƏRTAC-ın Vaşinqton bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.