DÜNYA


ABŞ-ın dörd ştatı “Johnson&Johnson” vaksininin istifadəsini dayandırıb

Vaşinqton, 18 aprel, AZƏRTAC

Corciya ştatı 8 nəfər “Johnson&Johnson” vaksini ilə peyvəndin yan təsirlərinə məruz qaldıqdan sonra peyvənd mərkəzlərini müvəqqəti bağlayan dördüncü ştat olub.

AZƏRTAC ABŞ KİV-lərinə istinadla xəbər verir ki, bu həftə Şimali Karolinada 18 nəfər yan təsirlərinin olduğunu bildirib, Koloradoda peyvənd olunmuş 11 nəfər isə başgicəllənmə, ürək bulanması və huşunu itirmə kimi simptomlarla inyeksiyaya reaksiya göstərib. Bundan əlavə, Ayova ştatında vaksinasiya dayandırılıb.

Ueyk dairəsinin mətbuat katibi Steysi Bird 18 nəfərin peyvəndə mənfi reaksiyası olduğunu bildirib. Ötən gün klinikada 2300-dən çox “Johnson&Johnson” peyvəndi tətbiq edilib, yəni peyvənd olunanların 0,78 faizində mənfi reaksiya qeydə alınıb. Reaksiya olan 14 nəfər Ueyk dairəsinin təcili yardım xidməti tərəfindən müayinə edilib, onlar yerində müalicə alıblar. Dörd nəfər müayinə üçün yerli xəstəxanaya aparılıb.

Koloradoda “Johnson & Johnson” peyvəndi alan 1700 nəfərdən 13-də mənfi reaksiyalar olub. Koloradoda iki nəfər müşahidə olunmaq üçün xəstəxanaya aparılıb. Qriplə əlaqəli hərarət, baş ağrısı və əzələ ağrıları kimi simptomlar peyvənddən iki gün sonra ortaya çıxır. Yorğunluq, baş ağrısı və əzələ ağrısı orta hesabla iki gün, ürək bulanması və hərarət bir gün davam edir.

AZƏRTAC-ın Vaşinqton bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.