DÜNYA
ABŞ-ın dövlət borcu 22 trilyon dolları keçib
Bakı, 13 fevral, AZƏRTAC
ABŞ Maliyyə Nazirliyinin 2019-cu ilin fevralınadək olan məlumatına görə, Birləşmiş Ştatların dövlət borcu 22 milyard dolları keçib.
AZƏRTAC “USA Today” nəşrinə istinadla xəbər verir ki, fevral ayının ilk on günündə dövlət borcu 90 milyard artaraq 22,012 trilyon dolara çatıb. Son on bir ay ərzində isə bu rəqəm 1 trilyon dollaradək artıb.
Nəşrin yazdığına görə, Prezident Donald Trampın dövründə ötən il keçirilən və ABŞ dövlət büdcəsinə 1,5 trilyon dollara başa gələn vergi islahatları, həmçinin müdafiə xərclərinin artması nəticəsində dövlət borcu görünməmiş sürətlə artır.
Bundan əvvəl bildirilib ki, 2018-ci maliyyə ilində ABŞ dövlət büdcəsinin kəsiri 17 faiz artaraq 779 milyard dollara çatıb. Bu rəqəmin 2020-ci ildə 1 trilyona çatacağı ehtimal olunur. Eyni zamanda, hökumətin xərclərinin nəzarət olunmaması fonunda dövlət borcunun sürətli artım tendensiyası da davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [21:15]
Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb
- 23.04.2024 [17:56]
“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır
- 23.04.2024 [17:54]
Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?
- 23.04.2024 [16:50]
Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb
- 23.04.2024 [16:47]
Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar
- 23.04.2024 [16:43]
Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq
- 23.04.2024 [16:33]
Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb
- 23.04.2024 [16:16]
Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək
- 23.04.2024 [16:14]