DÜNYA


ABŞ-ın ən nüfuzlu qadını yenidən Konqresin Nümayəndələr Palatasının spikeri seçilib

Bakı, 4 yanvar, AZƏRTAC

Kaliforniya ştatından olan konqresmen və Demokratlar Partiyasının veteranı Nensi Pelosi yenidən Konqresin Nümayəndələr Palatasının spikeri seçilib. Bu vəzifə Birləşmiş Ştatlarda Prezident və vitse-prezidentdən sonra üçüncü post sayılır.

AZƏRTAC CNN-ə istinadla xəbər verir ki, 431 konqresmendən 220-si Pelosinin namizədliyini dəstəkləyib. Respublikaçılar Partiyasının namizədi Kevin Makkartni isə 192 səs alıb. Yeni spiker ötən ilin noyabrında keçirilmiş aralıq seçkiləri nəticəsində formalaşan və 235 demokrat və 199 respublikaçıdan ibarət Nümayəndələr Palatasına sədrlik edəcək.

Nensi Pelosi 2007-ci ildə də Konqresin Nümayəndələr Palatasının spikeri seçilib. O, ABŞ tarixində bu vəzifəni daşıyan ilk qadın olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.