DÜNYA


ABŞ-ın gündəlik neft hasilatı artıb

Bakı, 17 sentyabr, AZƏRTAC

Birləşmiş Ştatların sutkalıq xam neft istehsalı artıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-ın neft hasilatı 902 min barrel artaraq gündəlik orta hesabla 11,4 milyon barrel olub.

Bu il fevralın 22-28-ni əhatə edən həftədə isə ABŞ-ın neft hasilatı gündəlik orta hesabla 13,1 milyon barrelə çataraq rekord səviyyəyə yüksəlmişdi.

Keçən həftə ABŞ-ın neft idxalı əvvəlki həftəyə görə 416 min barrel azalaraq sutkada 5 milyon barrel, neft ixracı isə əvvəlki həftə ilə müqayisədə 349 min barrel geriləyərək gündəlik 2,6 milyon barrel təşkil edib.

EIA-nın proqnozuna görə, cari ildə Birləşmiş Ştatların neft hasilatının gündəlik 11,4 milyon barrel, gələn il isə 11,1 milyon barrel olacağı gözlənilir.

Qeyd edək ki, ABŞ 2018-ci ilin noyabrında Səudiyyə Ərəbistanı və Rusiyanı geridə qoyaraq dünyanın ən böyük neft istehsalçısı olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.