DÜNYA


ABŞ-ın gündəlik neft istehsalı 11,2 milyon barrelə yüksəlib

Bakı, 12 oktyabr, AZƏRTAC

ABŞ-ın sutkalıq neft hasilatı artır.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir.

Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-ın xam neft hasilatı əvvəlki həftə ilə müqayisədə orta hesabla 104 min barrel artaraq gündəlik 11,2 milyon barrel olmaqla yeni rekord göstəriciyə çatıb. Bu, ölkə tarixində neft istehsalının ən yüksək səviyyəsidir. ABŞ-ın neft hasilatı sonuncu dəfə 1970-ci ilin noyabrında maksimum – gündəlik orta hesabla 10,04 milyon barrel təşkil edib.

Xam neft istehsalı əvvəlki həftə ilə müqayisədə Alyaska ştatında 4 min barrel, digər ştatlarda isə 100 min barrel artıb. Bununla da, Birləşmiş Ştatların gündəlik neft hasilatında son 39 həftənin 33-də artım qeydə alınıb.

Keçən həftə ABŞ-ın neft idxalı əvvəlki həftəyə görə 568 min barrel azalaraq gündəlik 7,4 milyon barrel təşkil edib. Ölkənin xam neft ixracı isə əvvəlki həftə ilə müqayisədə 853 min barrel çoxalaraq sutkada 2,58 milyon barrel olub.

Beynəlxalq Enerji Agentliyinin proqnozuna görə, ABŞ dünyanın ən böyük xam neft istehsalçı ola bilər.

EIA-nın oktyabr ayı üzrə proqnozuna görə, ABŞ-ın xam neft istehsalı bu il sutkalıq orta hesabla 10,7 milyon barrel, gələn il isə 11,8 milyon barrel olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.