DÜNYA


ABŞ-ın hərbi qırıcı təyyarələri Ukrayna ərazisinə enib

Kiyev, 7 oktyabr, AZƏRTAC

ABŞ Hava Qüvvələrinin hərbi qırıcı təyyarələri Ukrayna ərazisinə enib.

AZƏRTAC xəbər verir ki, təyyarələr Ukraynada oktyabrın 8-19-da keçiriləcək “Açıq səma-2018” genişmiqyaslı hərbi təlimlərində iştirak edəcək.

Hərbi təlimlərdə Rumıniya, Polşa, Belçika, Danimarka, Böyük Britaniya, Niderland, Yunanıstan ə Estoniyanın hərbi hava qüvvələri iştirak edəcək. Ümumilikdə, hərbi təlimlərə 40-dan çox təyyarə, uçuş aparatları, onlarla zenit-raket kompleksi və hərbi-texniki vasitələr cəlb olunub.

Təkcə Ukrayna tərəfinin 20-yə yaxın müxtəlif tipli təyyarə, helikopter və dronları hərbi təlimlərdə iştirak edəcək.

 

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.