DÜNYA
ABŞ-ın maliyyə naziri: İrandan neft idxal edən ölkələrə güzəştlər asan olmayacaq
Bakı, 22 oktyabr, AZƏRTAC
İrandan neft idxal edən ölkələrə güzəştlər asan olmayacaq.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Stiven Mnuçin deyib.
O bildirib ki, İrandan neft idxal edən ölkələrin ABŞ-ın bu ölkəyə qarşı sanksiyalarından azad olmaları Obama administrasiyası dövründəkindən daha çətin olacaq.
İrana qarşı tətbiq olunacaq sanksiyalardan ötəri neftin qiymətinin artacağı ilə əlaqədar narahatlıqların əsassız olduğunu deyən S.Mnuçin qeyd edib: “Bazar İranın neft ixracındakı azalmanı hazırkı qiymətə əks etdirir. Neftin qiyməti artmaqdadır. Fikrimcə, neft bazarı İranın tədarükündəki azalmanı nəzərə alır”.
Nazir noyabrda İranın neft ixracının tamamilə dayanacağını gözləmədiklərini, lakin gec-tez ixracın sıfıra enəcəyini vurğulayıb.
Qeyd edək ki, ABŞ noyabrın 4-dən etibarən İranın milli neft-qaz şirkətlərinə beynəlxalq məhdudiyyətlər qoyacaq, neft və qaz satışına sanksiyalar tətbiq edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]
“Taliban” İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradacaq
- 24.04.2024 [13:55]