İQTİSADİYYAT


ABŞ-ın məşhur beyin mərkəzlərindən biri “Cənubi Qafqaz Avrasiyanı necə birləşdirə bilər” adlı məqalə dərc edib

Bakı, 11 may, AZƏRTAC

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) departament rəhbəri Ayaz Müseyibovun “Cənubi Qafqaz Avrasiyanı necə birləşdirə bilər” (How the South Caucasus Can Connect Eurasia) başlıqlı məqaləsi Vaşinqton mərkəzli “Center for the National Interest” ictimai-siyasət beyin mərkəzi tərəfindən nəşr edilən nüfuzlu “The National Interest”də dərc olunub.

İİTKM-dən AZƏRTAC-a bildirilib ki, ingilis dilində dərc olunan məqalədə Avrasiya regionunda baş verən geo-iqtisadi hadisələrin Avrasiyada iqtisadi əlaqələrə təsiri analiz edilib. Belə ki, məqalədə Avropadakı yeni müharibə fonundan irəli gələn məhdudiyyətlərin Cənubi Qafqaz və Mərkəzi Asiya kimi regionların, xüsusi ilə də Azərbaycanın tranzit ölkə kimi önəminin artırması vurğulanıb.

O cümlədən, qlobal təchizat zəncirinin son dövrlərdə baş verən qlobal şoklardan sarsılmasını nəzərə alaraq Avrasiya regionunda nəqliyyat dəhlizlərinin şaxələndirilməsinə olan təşəbbüslər və imkanlar qeyd edilib. Məqalədə “Orta dəhliz” olaraq da tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun Azərbaycan, Gürcüstan və Qazaxıstan kimi region ölkələrinin həyata keçirdiyi konkret addımlar ilə əhəmiyyətli marşruta çevrilməsi, Zəngəzur dəhlizinin yaradacağı iqtisadi fürsətlər də bildirilib.

Məqalədə Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ceyhan boru kəməri, Cənubi Qafqaz Boru Kəməri kimi meqa layihələrin uğurla həyata keçirilməsi qeyd edilərək Avrasiya regionunun tranzit marşrutlarında Cənubi Qafqazın, xüsusilə Azərbaycanın ən uğurlu nümunə kimi heç bir beynəlxalq məhdudiyyətlərə və ya qadağalara məruz qalmaması və layihələrdəki uğurlu beynəlxalq əməkdaşlıq modelləri xüsusi ilə vurğulanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.