İQTİSADİYYAT


ABŞ-ın müvafiq təşkilatları Azərbaycanın biznes imkanları barədə məlumatlandırılıb

Bakı, 7 iyul, AZƏRTAC

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəhbərliyi Vaşinqtonda Xəzər Siyasəti Mərkəzi tərəfindən təşkil olunmuş görüşdə iştirak edib.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycanın regiondakı aparıcı rolu, ölkə iqtisadiyyatı, əlverişli biznes və investisiya potensialı, o cümlədən işğaldan azad edilmiş Qarabağda biznes imkanları, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin xarici iş adamlarına göstərdiyi dəstək barədə məlumat verib. Qeyd olunub ki, Qarabağda biznes qurmaq üçün KOBİA-ya daxil olmuş müraciətlər arasında ABŞ şirkətləri də var. Həmçinin görüşdə Azərbaycan və ABŞ iş adamları arasında birbaşa əlaqələrin qurulması, qarşılıqlı biznes missiyaların təşkili və digər birgə təşəbbüslər də nəzərdən keçirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.