DÜNYA


ABŞ-ın neft ehtiyatları 10 milyon barrelədək azalıb

Bakı, 28 iyun, AZƏRTAC

ABŞ-ın xam neft ehtiyatları azalır.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ABŞ-ın xam neft ehtiyatları ötən hesabat həftəsində 9,9 milyon barrel (2,3 faiz) azalaraq 416,6 milyon barrel olub. Bazar proqnozları isə ehtiyatların 2,6 milyon barrel azalması istiqamətində idi. Əvvəlki həftə ölkənin xam neft ehtiyatları 5,9 milyon barrel azalmışdı.

ABŞ-ın strateji neft ehtiyatları isə dəyişməyərək 660 milyon barrel təşkil edib.

Ölkənin benzin ehtiyatları ötən hesabat həftəsində 1,2 milyon barrel (0,5 faiz) artaraq 241,2 milyon barrel olub. Bazar proqnozları ehtiyatların 1,3 milyon barrel artması istiqamətində idi. Əvvəlki həftə benzin ehtiyatları 3,3 milyon barrel artmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.