DÜNYA


ABŞ-ın neft ehtiyatları 421 milyon barrelə düşüb

Bakı, 11 sentyabr, AZƏRTAC

Ötən həftə Birləşmiş Ştatların xam neft ehtiyatları kəskin azalıb.

AZƏRTAC xəbər verir ki, bu barədə əsasən özəl sektorun maliyyələşdirdiyi Amerika Neft İnstitutu (API) məlumat yayıb. Bildirilir ki, keçən həftə ölkədəki neft ehtiyatları əvvəlki həftə ilə müqayisədə 7,2 milyon barrel azalaraq 421,9 milyon barrel olub. Bazar proqnozları ehtiyatların 2,9 milyon barrel azalacağı istiqamətində idi. Ehtiyatlar əvvəlki həftədə də geriləmişdi.

Ölkədəki ehtiyatlarla bağlı rəsmi rəqəmlər ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) tərəfindən açıqlanacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.