DÜNYA
ABŞ-ın neft ehtiyatları 488 milyon barrelə düşüb
Bakı, 3 dekabr, AZƏRTAC
Birləşmiş Ştatların xam neft ehtiyatları azalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ölkədəki neft ehtiyatları 700 min barrel (0,1 faiz) azalaraq 488 milyon barrel olub. Bazar proqnozları ehtiyatların 2,3 milyon barrel geriləyəcəyi istiqamətində idi. Əvvəlki həftə neft ehtiyatları 800 min barrel azalmışdı.
ABŞ-ın strateji neft ehtiyatları isə 638,2 milyon barrel səviyyəsində qalıb.
Ölkənin benzin ehtiyatları hesabat həftəsində 3,5 milyon barrel (1,5 faiz) artaraq 233,6 milyon barrel təşkil edib. Bazar proqnozları ehtiyatların azalacağı istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 2,2 milyon barrel çoxalmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [13:05]
Pakistan və İran terrorizmlə mübarizə üçün birgə plan hazırlayacaq
- 23.04.2024 [12:20]
Tailand və Qazaxıstan qarşılıqlı vizasız rejim haqqında saziş imzalayıb
- 23.04.2024 [11:56]
Dubayda innovasiyaların turizm sənayesinə təsiri müzakirə olunacaq
- 23.04.2024 [11:38]
Monqolustanda 10-cu İnnovasiya Həftəsi keçirilir
- 23.04.2024 [09:06]