DÜNYA


ABŞ-ın neft ehtiyatları 8 milyon barrel artıb

Bakı, 4 oktyabr, AZƏRTAC

ABŞ-ın xam neft ehtiyatları artmaqda davam edir.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ABŞ-ın xam neft ehtiyatları ötən hesabat həftəsində 8 milyon barrel artaraq 404 milyon barrelə çatıb. Bazar proqnozları ehtiyatların azalacağı istiqamətində idi. Əvvəlki həftə ölkənin neft ehtiyatları 1,9 milyon barrel artmışdı.

ABŞ-ın strateji neft ehtiyatları keçən həftə də dəyişməyərək 660 milyon barrel təşkil edib.

Ölkənin benzin ehtiyatları ötən hesabat həftəsində 500 min barrel azalaraq 235 milyon barrelə geriləyib. Bazar proqnozları ehtiyatların artacağı istiqamətində idi. Əvvəlki həftə benzin ehtiyatları 1,5 milyon barrel çoxalmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.