DÜNYA


ABŞ-ın neft ehtiyatları artıb

Bakı, 19 iyul, AZƏRTAC

ABŞ-ın xam neft ehtiyatları yenidən artıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ABŞ-ın xam neft ehtiyatları ötən hesabat həftəsində 5,8 milyon barrel (1,4 faiz) artaraq 411,1 milyon barrel olub. Bazar proqnozları ehtiyatların 3,6 milyon barrel azalması istiqamətində idi. Əvvəlki həftə ölkənin neft ehtiyatları 12,6 milyon barrel aşağı düşmüşdü.

ABŞ-ın strateji neft ehtiyatları dəyişməyərək 660 milyon barrel təşkil edib.

Ölkənin benzin ehtiyatları isə ötən hesabat həftəsində 3,2 milyon barrel (1,3 faiz) azalaraq 235,8 milyon barrel olub. Bazar proqnozları ehtiyatların 44 min barrel azalması istiqamətində idi. Əvvəlki həftə benzin ehtiyatları 700 min barrel azalmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.