DÜNYA


ABŞ-ın neft ehtiyatları artıb

ABŞ-ın neft ehtiyatları artıb

Bakı, 28 sentyabr, AZƏRTAC

ABŞ-ın xam neft ehtiyatları yenidən artıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ABŞ-ın xam neft ehtiyatları ötən hesabat həftəsində 1,9 milyon barrel (0,5 faiz) artaraq 396 milyon barrel olub. Bazar proqnozları ehtiyatların 1,3 milyon barrel azalacağı istiqamətində idi. Əvvəlki həftə ölkənin neft ehtiyatları 2,1 milyon barrel geriləmişdi.

ABŞ-ın strateji neft ehtiyatları keçən həftə də dəyişməyərək 660 milyon barrel təşkil edib.

Ölkənin benzin ehtiyatları ötən hesabat həftəsində 1,5 milyon barrel (0,7 faiz) çoxalaraq 235,7 milyon barrel olub. Bazar proqnozları ehtiyatların 0,8 min barrel artacağı istiqamətində idi. Əvvəlki həftə benzin ehtiyatları 1,7 milyon barrel azalmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.