DÜNYA
ABŞ-ın neft ehtiyatları artıb
Bakı, 2 noyabr, AZƏRTAC
Birləşmiş Ştatların neft ehtiyatları artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ABŞ-ın xam neft ehtiyatları ötən hesabat həftəsində 3,2 milyon barrel artaraq 426 milyon barrelə çatıb. Əvvəlki həftə ölkənin neft ehtiyatları 6,3 milyon barrel artmışdı.
ABŞ-ın strateji neft ehtiyatları isə keçən həftə 6,4 milyon barrel azalıb.
Ötən həftə ABŞ-ın neft idxalı əvvəlki həftəyə görə 334 min barrel azalaraq gündəlik 7,3 milyon barrel təşkil edib. Ölkənin benzin istehsalı isə sutkada 10,4 milyon barrel olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [19:04]
Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb
- 25.04.2024 [18:04]
Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb
- 25.04.2024 [17:57]
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib
- 25.04.2024 [16:31]
Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır
- 25.04.2024 [15:25]
Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar
- 25.04.2024 [15:19]