DÜNYA


ABŞ-ın neft ehtiyatları artıb

Bakı, 29 noyabr, AZƏRTAC

Birləşmiş Ştatların xam neft ehtiyatları çoxalıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ABŞ-ın xam neft ehtiyatları ötən hesabat həftəsində 3,6 milyon barrel (0,8 faiz) artaraq 450,5 milyon barrelə çatıb. Bazar proqnozları ehtiyatların 800 min barrel çoxalacağı istiqamətində idi. Əvvəlki həftə ölkənin neft ehtiyatları 4,9 milyon barrel artmışdı.

ABŞ-ın strateji neft ehtiyatları isə keçən həftə 2 milyon barrel (0,3 faiz) azalaraq 650,6 milyon barrel təşkil edib.

Ölkənin benzin ehtiyatları ötən hesabat həftəsində 800 min barrel (0,3 faiz) azalaraq 224,6 milyon barrel olub. Bazar proqnozları ehtiyatların 600 min barrel artacağı istiqamətində idi. Əvvəlki həftə benzin ehtiyatları 1,3 milyon barrel azalmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.