DÜNYA


ABŞ-ın neft ehtiyatları artıb

Bakı, 19 noyabr, AZƏRTAC

Birləşmiş Ştatların xam neft ehtiyatları artır.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ölkədəki neft ehtiyatları 800 min barrel (0,2 faiz) artaraq 489,5 milyon barrel olub. Bazar proqnozları ehtiyatların 1,7 milyon barrel çoxalacağı istiqamətində idi. Əvvəlki həftə neft ehtiyatları 4,3 milyon barrel artmışdı.

ABŞ-ın strateji neft ehtiyatları isə 400 min barrel azalaraq 638,3 milyon barrel olub.

Ölkənin benzin ehtiyatları hesabat həftəsində 2,6 milyon barrel (1,2 faiz) artaraq 228 milyon barrel təşkil edib. Bazar proqnozları da ehtiyatların çoxalacağı istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 2,3 milyon barrel azalmışdı.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.