DÜNYA
ABŞ-ın neft ehtiyatları artır
Bakı, 16 may, AZƏRTAC
Birləşmiş Ştatların xam neft ehtiyatları artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ölkədə neft ehtiyatları 5,4 milyon barrel (1,2 faiz) artaraq 472 milyon barrel olub. Bazar proqnozları da ehtiyatların artacağı istiqamətində idi. Əvvəlki həftə neft ehtiyatları 4 milyon barrel azalmışdı.
ABŞ-ın strateji neft ehtiyatları isə keçən həftə əvvəlki həftə ilə müqayisədə 1,8 milyon barrel azalaraq 646 milyon barrel təşkil edib.
Ölkənin benzin ehtiyatları hesabat həftəsində 1,1 milyon barrel (0,5 faiz) azalaraq 225 milyon barrel olub. Bazar proqnozları ehtiyatların da geriləyəcəyi istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 0,6 milyon barrel azalmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [22:26]
İstanbulda torpaq sürüşməsi baş verib
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]