DÜNYA


ABŞ-ın neft ehtiyatları azalıb

Bakı, 7 dekabr, AZƏRTAC

Birləşmiş Ştatların xam neft ehtiyatları geriləyib.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ABŞ-ın neft ehtiyatları ötən hesabat həftəsində 7,3 milyon barrel (1,6 faiz) azalaraq 443,2 milyon barrelə çatıb. Bazar proqnozları ehtiyatların 900 min barrel azalacağı istiqamətində idi. Əvvəlki həftə ölkənin neft ehtiyatları 3,6 milyon barrel artmışdı.

ABŞ-ın strateji neft ehtiyatları da keçən həftə 1 milyon barrel (0,2 faiz) azalaraq 649,6 milyon barrel təşkil edib.

Ölkənin benzin ehtiyatları isə ötən hesabat həftəsində 1,7 milyon barrel (0,8 faiz) artaraq 226,3 milyon barrel olub. Bazar proqnozları ehtiyatların 1,3 milyon barrel çoxalacağı istiqamətində idi. Əvvəlki həftə benzin ehtiyatları 800 min barrel azalmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.