DÜNYA


ABŞ-ın neft ehtiyatları azalır

Bakı, 10 may, AZƏRTAC

Birləşmiş Ştatların xam neft ehtiyatları azalıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ölkədə neft ehtiyatları 4 milyon barrel (0,8 faiz) azalaraq 466,6 milyon barrel olub. Bazar proqnozları ehtiyatların 1,2 milyon barrel artacağı istiqamətində idi. Əvvəlki həftə neft ehtiyatları 9,9 milyon barrel çoxalmışdı.

ABŞ-ın strateji neft ehtiyatları da keçən həftə əvvəlki həftə ilə müqayisədə 0,9 milyon barrel azalaraq 647,7 milyon barrel təşkil edib.

Ölkənin benzin ehtiyatları hesabat həftəsində 0,6 milyon barrel (0,3 faiz) azalaraq 226,1 milyon barrel təşkil edib. Bazar proqnozları ehtiyatların 0,4 milyon barrel geriləyəcəyi istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 0,9 milyon barrel artmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.