DÜNYA


ABŞ-ın neft ehtiyatları azalır

Bakı, 10 iyun, AZƏRTAC

Birləşmiş Ştatların xam neft ehtiyatları azalıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ölkədəki neft ehtiyatları 5,2 milyon barel (1,1 faiz) azalaraq 474 milyon barel olub. Bazar proqnozları ehtiyatların 2,1 milyon barel azalacağı istiqamətində idi. Əvvəlki həftə neft ehtiyatları 5,1 milyon barel azalmışdı.

ABŞ-ın strateji neft ehtiyatları da 1,3 milyon barel geriləyərək 626,5 milyon barel olub.

Ölkənin benzin ehtiyatları isə hesabat həftəsində 7 milyon barel artaraq 241 milyon barel təşkil edib. Bazar proqnozları ehtiyatların artacağı istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 1,5 milyon barel artmışdı.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.