İQTİSADİYYAT


ABŞ-ın neft ehtiyatları kəskin azalıb

ABŞ-ın neft ehtiyatları kəskin azalıb

Bakı, 12 iyul, AZƏRTAC

ABŞ-ın xam neft ehtiyatları kəskin azalıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ABŞ-ın xam neft ehtiyatları ötən hesabat həftəsində 12,6 milyon barrel (3 faiz) azalaraq 405,2 milyon barrel olub. Bazar proqnozları ehtiyatların isə 4,5 milyon barrel azalması istiqamətində idi. Əvvəlki həftə ölkənin neft ehtiyatları 1,2 milyon barrel artmışdı.

ABŞ-ın strateji neft ehtiyatları dəyişməyərək 660 milyon barrel təşkil edib.

Ölkənin benzin ehtiyatları isə ötən hesabat həftəsində 0,7 milyon barrel (0,3 faiz) azalaraq 239 milyon barrel olub. Bazar proqnozları da ehtiyatların 0,7 milyon barrel azalması istiqamətində idi. Əvvəlki həftə benzin ehtiyatları 1,5 milyon barrel azalmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.