DÜNYA
ABŞ-ın neft ehtiyatları kəskin azalıb
Bakı, 30 iyul, AZƏRTAC
Birləşmiş Ştatların xam neft ehtiyatları azalır.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ölkədəki neft ehtiyatları 10,6 milyon barrel (2 faiz) azalaraq 526 milyon barrel olub. Bazar proqnozları ehtiyatların 360 min barrel artacağı istiqamətində idi. Əvvəlki həftə neft ehtiyatları 4,9 milyon barrel artmışdı.
ABŞ-ın strateji neft ehtiyatlarının həcmi isə dəyişməyərək 656,1 milyon barrel olub.
Ölkənin benzin ehtiyatları hesabat həftəsində 700 min barrel (0,3 faiz) artaraq 247,4 milyon barrel təşkil edib. Bazar proqnozları ehtiyatların 730 min barrel geriləyəcəyi istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 1,8 milyon barrel azalmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [17:22]
CFCM: Fransada islamofobiya halları son dərəcə artıb
- 19.04.2024 [16:43]
Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib
- 19.04.2024 [16:34]
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
- 19.04.2024 [15:55]
NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib
- 19.04.2024 [15:28]
Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb
- 19.04.2024 [15:00]