Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

ABŞ-ın nüfuzlu düşüncə mərkəzində Azərbaycanın və regionun strateji əhəmiyyəti müzakirə edilib VİDEO

Vaşinqton, 11 iyul, AZƏRTAC

Vaşinqtonda nüfuzlu düşüncə mərkəzi olan İrs Fondunda (Heritage Foundation) “Təhlükəsizlik və iqtisadi inkişaf: İpək Yolu və Xəzər” mövzusunda tədbir keçirilib.

ABŞ administrasiyası rəsmilərinin, Vaşinqtondakı diplomatik korpusun nümayəndələrinin, düşüncə mərkəzlərinin əməkdaşlarının və müxtəlif ekspertlərin iştirak etdiyi tədbiri açan İrs Fondunun vitse-prezidenti Ceyms Karafano görüşün əhəmiyyətini vurğulayıb.

Ağ Evin Mərkəzi Asiya üzrə direktoru Deyvid Qambl regionun əhəmiyyətindən danışıb, ölkəsinin əməkdaşlığın inkişafında maraqlı olduğunu ifadə edib. O, geniş əməkdaşlıq imkanlarından söz açaraq, təhlükəsizlik və iqtisadi əlaqələrə xüsusi toxunub. D.Qambl ABŞ-ın regionla daha geniş iqtisadi əməkdaşlığı üçün zamanın yetişdiyini bildirib.

Sonra regionda təhlükəsizlik məsələlərinə həsr olunmuş paneldə ölkəmizin ABŞ-dakı səfiri Elin Süleymanov, Qazaxıstan səfiri Erjan Kazıxanov və Özbəkistanın BMT yanında daimi nümayəndəsi Bəxtyar İbragimov çıxış ediblər.

Panel İrs Fondunun Xarici Siyasət Mərkəzinin direktoru Lyuk Kofinin moderatorluğu ilə keçib.

Ölkəmizin ABŞ-dakı səfiri Elin Süleymanov çıxışında Azərbaycan Prezidenti İlham Əliyev ilə ABŞ-ın dövlət katibi Reks Tillerson arasında iyulun 10-da keçirilmiş görüşü xatırladıb, tərəflər arasında müxtəlif məsələlərin, o cümlədən Azərbaycanın aparıcı rolu ilə həyata keçirilən Cənub Qaz Dəhlizinin icrasının müzakirə edildiyini vurğulayıb, Avropanın enerji təhlükəsizliyinə töhfə verən bu layihənin müasir İpək Yolunda əlavə beynəlxalq enerji magistralı yaratdığını söyləyib. E.Süleymanov ABŞ-ı enerji diplomatiyasında, o cümlədən Cənub Qaz Dəhlizinin reallaşdırılmasında daha fəal səylər göstərməyə çağırıb.

Respublikamızın müasir İpək Yolunda oynadığı vacib rola toxunan E.Süleymanov Azərbaycanın region ölkələri ilə sıx əməkdaşlığının Qərb-Şərq daşımalarının daha da sürətləndirilməsinə, regional ticarət və inkişafa yönəldiyini qeyd edib. Səfir bu yaxınlarda Vaşinqtonda Azərbaycanın təşəbbüsü, altı regional dövlətin təşkilatçılığı ilə keçirilmiş Trans-Xəzər Forumundan bəhs edərək, müstəqillik qazandıqdan sonra 26 il ərzində bu dövlətlərin birgə əməkdaşlıq çərçivəsində regionu inkişaf etdirdiklərini, enerji və nəqliyyat layihələri həyata keçirməklə beynəlxalq inkişafa töhfə verdiklərini, həm də regional sülh və rifaha şərait yaratdıqlarını bildirib.

Yaxın Şərqdə cərəyan edən radikalizm və qeyri-sabitlik kontekstində E.Süleymanov qeyd edib ki, Azərbaycan və Mərkəzi Asiya dövlətləri dünyəvi cəmiyyətlər qurur. Tərəqqi və inkişafa yönəlmiş bu yanaşma təqdir edilməlidir. Azərbaycan və Mərkəzi Asiya dövlətlərinin birgə quruculuq işi fonunda səfir vurğulayıb ki, radikallıq yalnız dini baxışlardan deyil, həmçinin etnik əsaslı ideologiyalardan qaynaqlanır və buna misal olaraq, torpaqlarımızı işğal etmiş, dinc sakinlərə divan tutan Ermənistan misal göstərilib. Bu yaxınlarda iki yaşlı azərbaycanlı körpə Zəhra Quliyevanı və onun nənəsini qətlə yetirən Ermənistan tərəfi belə addımları ilə nəinki regional sabitliyə zərbə vurur, eyni zamanda, öz gələcəyini uçuruma aparır. Səfir ABŞ-ı Minsk qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində daha fəal səylər göstərməyə çağırıb.

Hazırda regional layihələrin tamamlanmaq üzrə olduğunu söyləyən E.Süleymanov Azərbaycan, Qazaxıstan, Gürcüstan və Türkiyənin birgə sərhəd-keçid və gömrük rəsmiləşdirilməsinin sürətləndirilməsi üzərində çalışdığını qeyd edib. Azərbaycan diplomatı bu sahədə ən yaxşı dünya təcrübələrinin öyrənildiyini vurğulayıb. Eyni zamanda, E.Süleymanov ilk dəfə Azərbaycanda tətbiq edilən, şəffaflığın təmin olunmasında mühüm nailiyyətlər qazanılan və bütün dünyada təqdir olunan “ASAN xidmət” layihəsinin vətəndaşlar tərəfindən də razılıqla qarşılandığını bildirib, bunun bir örnək kimi digər dövlətlər tərəfindən də öyrənilməli olduğunu diqqətə çatdırıb.

Növbəti paneldə regionda iqtisadi məsələlər müzakirə olunub. Xəzər Siyasət Mərkəzinin rəhbəri Əfqan Niftiyevin moderatorluq etdiyi bu paneldə ABŞ Silahlı Qüvvələri Baş qərargah rəisinin xarici siyasi məsələlər üzrə müşaviri səfir Riçard Norland, Nazarbayev Prezident Kitabxanasının direktor müavini Timur Şaimergenov, “ABŞ EXPO 2017”nin icraçı direktoru Coşua Uoker və Enerji, Təbii Ehtiyatlar və Geopolitika Mərkəzinin direktoru Ariel Kohen çıxış ediblər.

Çıxışlarda Azərbaycanın regionda strateji rolundan bəhs olunub, aparılan regional əməkdaşlıq siyasəti təqdir edilib.

Qeyd edək ki, tədbir İrs Fondu ilə yanaşı, Xəzər Siyasət Mərkəzi və Qlobal Təhlükəsizliyin Təhlili İnstitutu tərəfindən təşkil olunub.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

ABŞ-ın nüfuzlu düşüncə mərkəzində Azərbaycanın və regionun strateji əhəmiyyəti müzakirə edilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qəbələdə 8,6 milyon manatlıq sənaye məhsulu ixrac olunub

Gəncədə psixonevroloji sosial xidmət müəssisəsinin sakinləri arasında futbol yarışı təşkil edilib

Bakı şəhər prokurorluğunda ilin birinci yarısına həsr olunmuş əməliyyat müşavirəsi keçirilib

® “Bakcell” tətbiqində süni intellekt dəstəkli “Tarif Məsləhətçisi”ni təqdim edib

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi paytaxt və bölgələrdə silsilə əməliyyatlar keçirib

Ağcabədidə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq

Boliviya hökuməti nəhəng təbii qaz yatağının aşkarlandığını elan edib

“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1199-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 iyun tarixli 1380 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərində göstərilən xidmətlərin və həmin xidmətləri göstərən dövlət orqanlarının (qurumlarının) siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

AzMİU-nun müəllimi Böyük Britaniyada keçirilən konqresdə çıxış edib

Naxçıvanda keçirilən könüllü qanvermə aksiyasında 359 nəfər iştirak edib

İçməli suyun ən bahalı olduğu ölkələrin reytinqi açıqlanıb

“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Mətbuat Şurası “Azərbaycan media landşaftı üzrə məlumat bazası” layihəsi üzrə ilk toplantısını keçirib

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 31 may tarixli 1166-VIQD nömrəli Qanununun tətbiqi və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 435 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Şəki taxılçıları zəmilərdən 150 min tondan çox məhsul yığıblar

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 31 may tarixli 1168-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Xidmət rəisi: Bu yay isti günlərin bir qədər davamlı olacağı ehtimal edilir

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Siyəzəndə yük qatarının vaqonları relsdən çıxaraq aşıb

“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 25 iyun tarixli 1187-VIQD nömrəli Qanununun tətbiqi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 192 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

DİM ümumi təhsil müəssisələrinin rəhbərlərinə müraciət edib

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Yakutiyada təbii yanğınların sahəsi 936 min hektarı keçib

“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1007-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Şahtaxtı arxeoloji abidələr kompleksində tədqiqatlar aparılıb

“Azərbaycan Respublikasının Ailə Məcəlləsində, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1193-VIQD nömrəli Qanununun tətbiqi və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 iyun tarixli 729 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikasının Ailə Məcəlləsində, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

İqtisadiyyat nazirinin vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Qazaxıstan qaz hasilatını artırır

Siciliya adasındakı Etna vulkanı yenidən fəallaşıb

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 13 faiz artıb

Ekspert: Xarici ölkədə təhsil almaq istəyənlər diqqətli olmalıdır

Muxtar respublikada vergi daxilolmaları üzrə 28 faizlik artım qeydə alınıb

Sürücü piyadanı vurmaqdan son anda yayınıb, lakin qəza törədib VİDEO

® “AccessBank” Azərbaycanda qadın sahibkarların maliyyə savadlılığının artırılması tədbirlərini davam etdirir

Qazaxıstan üzərindən Rusiya, Türkmənistan və Özbəkistan qazının tranziti artırılacaq

Şirkət rəhbəri barəsində cinayət işi məhkəməyə göndərilib

Gürcüstanın xarici ticarət dövriyyəsi 1,8 faiz azalıb

Uelsin birinci naziri istefa verib

COP29 tədbiri Azərbaycan Premyer Liqasının oyunlarına təsir etməyəcək

Bakı məktəbinin musiqi ulduzları

“Birləşdik – 2024” təlim çərçivəsində bir sıra tədbirlər keçirilib

“Respublika Qan Bankı” publik hüquqi şəxs yaradılır - FƏRMAN

“Şərq qapısı” qəzetinin elan etdiyi “Naxçıvan 100 ildə” müsabiqəsinin qalibləri mükafatlandırılıb

BDU Elmi Kitabxanasının oxucuları üçün “EBSCO Discovery Service” sistemindən ödənişsiz istifadə imkanı

TƏBİB-in icraçı direktoru Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri ilə görüşüb

Qazaxıstan Ali Audit Palatası ilə dövlət investisiyalarının auditi mövzusunda təcrübə mübadiləsi aparılıb

İ.M.Məmmədovun 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Premyer Liqasında yeni mövsümün püşkü atılıb

Azərbaycan çempionatlarında ilk dəfə feyr-pley mükafatı veriləcək

Gənc rəssam: Ən böyük arzum Şuşanın gözəl təbiət mənzərələrini kətana köçürməkdir

Respublika üzrə pensiyalar iyulun 17-də ödəniləcək

“Kaspersky Lab” şirkəti ABŞ-ı tərk edir

“Respublika Qan Bankı” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan-Çin münasibətləri mövzusunda elmi sessiya

C.T.Əbdul-Qədirovun Oğuz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

E.D.Qurbanovun Oğuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Britaniyalı səyyah Xəzər dənizini üzərək keçmək istəyir

“Paris-2024”: Hacı Əliyevin rəqiblərindən biri dəyişib

Bakı Fransanın müstəmləkə altında saxladığı ərazilərdəki Müstəqillik Hərəkatlarının Qurultayına ev sahibliyi edəcək

Azərbaycan iqtisadiyyatının inkişafında ARNDF-in əvəzsiz rolu

Dövlət Miqrasiya Xidməti Çin vətəndaşlarına vizasız rejim tətbiq edilməsi barədə məlumat yayıb

“Sumqayıt” afrikalı hücumçu ilə vidalaşıb

Avropa Kuboku: Azərbaycanın kişi həndbol komandalarının rəqibləri bəlli olub

Roberta Metsola ikinci müddətə Avropa Parlamentinin sədri seçilib

Finlandiya Prezidenti qaçqınların ölkədən çıxarılması ilə bağlı qanun imzalayıb

Almaniya köhnəlmiş dəmir yolu şəbəkəsi problemini həll edir

İngiltərə millisinin baş məşqçisi istefa verib

İspaniyada avtobus qəzaya uğrayıb: 50-dən çox sərnişin xəsarət alıb

Komitə sədri: Yay düşərgəsi layihəsində iştirak edən gənclər daha sonra diaspor fəallarına çevrilirlər

Mahir Emreli Almaniya klubuna keçib

Kral Çarlz Britaniyanın yeni parlamentinin açılış iclasında çıxış edəcək

Masallı Rayon Mərkəzi Xəstəxanasında ölü dölün doğulması faktı ilə bağlı araşdırma aparılır

Doqquz yaşlı azərbaycanlı qız Almaniyada şahmat turnirinin qalibi olub

"Sabah"ın hazırlıq planında dəyişiklik edilib

Azərbaycanda fındıq bitkisi haqqında yeni kitab nəşr olunub

Ötən il Gürcüstanda 14 nəfər xarici ölkə vətəndaşı itkin düşüb

Sosial sorğu: Fransızlar Olimpiya Oyunları zamanı mümkün təhlükədən narahatdırlar

FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsi daha bir taktiki-xüsusi təlim keçirib

Səhiyyə Nazirliyi: Aşura günü könüllü qanvermə aksiyalarında 611 litr qan tədarük olunub VİDEO

Roman Qriqorçuk: Ramil Şeydayev “Neftçi” üçün əla transferdir

Avropa Kuboku: Azərbaycanın həndbol komandalarının rəqibləri müəyyənləşib

“Real Madrid” Mbappeni təqdim edib, ulduz futbolçu ilə 5 illik müqavilə imzalanıb VİDEO

“Araz-Naxçıvan” braziliyalı müdafiəçi ilə anlaşıb

Mərkəzi Elmi Kitabxana istifadəçilər üçün xüsusi xidmətlər təklif edib

Abşeronda qanvermə aksiyası təşkil edilib

Dövlət Xidməti: Bu ilin beş ayında 22 inzibati xəta üzrə protokol tərtib edilib

“YAŞAT” Fondu şəhid övladları üçün Antalyada düşərgə təşkil edir

Elgün Səfərov: Ölkəmizdə də sosial şəbəkələrdə uşaq hüquqları ciddi şəkildə pozulur

Milli Kitabxanada “Şuşa əl işləri” adlı virtual sərgi açılıb

Lənkəran “ASAN xidmət” mərkəzində “Güzəştli mənzil” pəncərəsi fəaliyyətə başlayıb

İyulun 17-də bəzi bölgələrdə leysan yağacaq

Azərin Türkiyə Prezidentinin də olduğu konsertdə tamaşaçıları “boz qurd” jesti ilə salamlayıb

“Neftçi” Ramil Şeydayevlə 3 illik müqavilə imzalayıb

Daşkəsəndə məktəbli qızlar arasında voleybol turniri keçirilib

UFAZ və ADNSU əməkdaşları geofizika sahəsinə dair birgə araşdırma aparıblar