DÜNYA


ABŞ-ın qərbində davam edən yanğınlar 3,4 milyon akr torpağı külə döndərib

Vaşinqton, 10 sentyabr, AZƏRTAC

Sentyabrın 9-na olan məlumata görə ABŞ-ın qərb ştatlarında 100-ə yaxın yanğın davam edir. Yüzlərlə ev dağılıb, yaşayış məntəqələrinin sakinlərinin təxliyəsi üzrə işlər başlanıb.

Oreqon ştatının qubernatoru Keyt Braun sentyabrın 9-da keçirilən mətbuat konfransında bildirib ki, Detroyt, Blyu River, Vida Feniks və Talent şəhərləri ciddi dağıntıya məruz qalıb, yüzlərlə ev yararsız vəziyyətə düşüb, 300 min akrdan çox torpaq yanıb.

Kaliforniya ştatının Meşə təsərrüfatı və yanğındanmüdafiə departamentinin məlumatına görə, hazırda 28 meşə yanğını davam edir, 2,5 milyon akrdan çox torpaq yanıb, 8 nəfər həlak olub, 3.700 bina dağılıb.

Vaşinqton ştatının qubernatoru Cey İnsli çərşənbə günü “Sammer Qreyd Fayr” yanğınının baş verdiyi ərazidə olub. Qubernator bildirib ki, ştatda indiyə qədər 330 min akt torpaq yanıb.

Xatırladaq ki, Kaliforniya ştatının qubernatoru Kevin Nyusom sentyabrın 7-də təbii yanğınlarla əlaqədar ştatın beş dairəsində fövqəladə vəziyyət rejimi tətbiq edib.

AZƏRTAC-ın Vaşinqton bürosu 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.